AZ

Tələbə qızları şantaj edənləri hansı cəza gözləyir? - DETALLAR

Məlumdur ki, Bakı Dövlət Universitetinin Hüquq Fakültəsində təsis alan bir qrup qız tələbənin sosial şəbəkələrdəki fotolarının icazəsiz istifadə edildiyi iddia olunur.

Onların sözlərinə görə, naməlum şəxs onların profil və digər şəkillərini icazəsi əldə edərək, süni intelektlə qeyri-etik formada montaj edib və sosial şəbəkələrdə paylaşıb.

Qızlardan biri deyib ki, həmiş şəxsin səsini canlı yayımda eşidib və onun 25-26 yaşında oğlan olduğunu ehtimal edir.

Day.Az xəbər verir ki, hazırda Daxili İşlər Nazirliyi məsələ ilə bağlı araşdırma aparır.

Maraqlıdır, tələbə qızları şantaj edən şəxsi hansı cəza gözləyir?

Əgər bir şəxsə məxsus foto və videolar saxta profillər vasitəsilə yayılır, həmin materialların üzərində təhqir və böhtan xarakterli məlumatlar paylaşılırsa, bu halda təqsirli şəxs qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyır. Belə hallarda o, cərimə, ictimai işlər və ya bir ilədək azadlıqdan məhrumetmə cəzası ilə cəzalandırıla bilər.

Qeyd olunan əməllər bəzi hallarda böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid edilsə də, müvafiq maddələrin sanksiyalarında azadlıqdan məhrumetmə cəzası da nəzərdə tutulmuşdur. Bu kimi hərəkətlər kiməsə zarafat təsiri bağışlasa da, əslində kifayət qədər ciddi hüquqi məsuliyyət yaradır.

Elvin Səxavətoğlu
Day.Az

Seçilən
10
day.az

1Mənbələr