AZ

İsrail səfirliyi Azərbaycana başsağlığı verdi

İsrailin Azərbaycandakı səfirliyi Xocalı soyqırımının 34-cü ildönümü ilə bağlı başsağlığı verib.

"Cebheinfo.az" xəbər verir ki, səfilik bu barədə “X” hesabında paylaşım edib.

“Səfirlik adından Azərbaycan xalqına və Xocalı faciəsi qurbanlarının ailələrinə dərin hüznlə başsağlığı veririk. Həyatını itirən günahsız insanların xatirəsini ehtiramla yad edir və zərər çəkmiş hər kəsə ən dərin rəğbətimizi bildiririk. Qurbanların xatirəsi daim yaşasın və sülh ilə qarşılıqlı anlaşma qalib gəlsin”, - məlumatda bildirilir.

Nigar

“Cebheinfo.az”

Seçilən
9
23
cebheinfo.az

10Mənbələr