AZ

Azərbaycanda problemli kreditlərin məbləği 17 %-dən çox artıb

Bu il fevralın 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 557,5 milyon manat təşkil edib.

Azərbaycan Mərkəzi Bankı (AMB)  xəbər verir ki, bu, yanvarın 1-i ilə müqayisədə 6,3 % çoxdur.

Ölkədə problemli kreditlərin məbləği son 1 ildə isə 17,35 % artıb.

Yanvarın sonuna vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi 1,7 % təşkil edib. Bu nisbət ötən ilin sonuna 1,6 %, ötən il yanvarın sonuna isə 1,6 % olub.

Seçilən
33
9
banco.az

10Mənbələr