ain.az, Avtosfer portalına istinadən məlumat verir.
Saray qəsəbəsində qaydaları pozan avtobus sürücüsünün görüntüsü avtomobildəki kameraya düşüb. Avtosfer.az xəbər verir ki, hadisə ötən il dekabrın 30-da, General Məhəmməd Əsədov küçəsilə Heydər Əliyev prospektinin kəsişməsində qeydə alınıb. Belə ki, 50-AE-425 qeydiyyat nişanlı marşrut avtobusunun sürücüsü sıxlıqda qalmamaq üçün sərnişinlərin həyatını təhlükəyə atıb. O, öncə yol çiyninə çıxaraq avtomobilləri sağdan ötməyə başlayıb. Daha sonra isə qırmızı işıqda dayanmadan hərəkətinə davam edib. Bu zaman yaşıl işıqda hərəkət edən avtomobillərin qarşısına çıxaraq onlara qəza şəraiti yaradıb.
Fərid
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.