«Yuventus» Çempionlar Liqasının play-off mərhələsinin cavab oyununda «Qalatasaray»ı 3:2 hesabı ilə əlavə vaxtda məğlub etdi. Oyun Turin şəhərində, «Allianz» stadionunda keçirildi.
Oxuməni.az xəbər verir ki,Turinli yarımmüdafiəçi Manuel Lokatelli birinci hissənin sonunda penalti zərbəsini dəqiq yerinə yetirərək hesabı açdı. İkinci hissənin əvvəlində meydan sahibləri azlıqda qaldılar, çünki müdafiəçi Lloyd Kelli qırmızı vərəqə aldı. 70-ci dəqiqədə Federiko Gatti «Yuventus»un ikinci qolunu vurdu, oyunun sonlarında isə Ueston Makkenni üçüncü qolu vuraraq hesabı 3:0 çatdırdı.
Birinci oyunda «Qalatasaray» 5:2 hesabı ilə qalib gəldiyindən, komandalar əlavə 15 dəqiqəlik iki hissə oynadılar. Əlavə vaxtda İstanbul komandası iki qol vurdu — Viktor Osimhen və Bariş Yılmaz fərqləndi.
Beləliklə iki oyunun yekun nəticələrinə əsasən «Qalatasaray» Çempionlar Liqasının 1/8 finalına yüksəldi və orada «Liverpul» və ya «Tottenhem»lə qarşılaşacaq.
1/8 finala İtaliyanın "Atalanta", "Real Madrid" və Fransanın PSJ komandaları da vəsiqə qazanıb.
Püşkatma fevralın 27-si, cümə günü keçiriləcək.
Almaz Həsənli