AZ

ABŞ gəmisi Kuba sərhədçilərinə atəş açıb

Britaniyanın "BBC" telekanalının öz mənbələrinə istinadən yaydığıxəbərəgörə, Kuba sərhədçilərinin cavab atəşi nəticəsində gəmidəki 4 nəfər zərərsizləşdirilib, habelə 6 nəfər yaralanıb. Kubanın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına əsasən, hücum əsnasında Kuba sərhəd gəmisinin komandirini yaralanıb:

"FL7726SH nömrəli gəmi səhər saatlarında Vilya-Klara əyalətindəki El-Pino kanalından təqribən bir dəniz mili şimal-şərqdə aşkarlanıb. Kuba Daxili İşlər Nazirliyinin sərhəd qoşunlarının dəstəsi təcavüzkarın qarşısını alıb".

Hadisə ilə əlaqədar ABŞ Dövlət katibi Marko Rubio diqqətə çatdırıb ki, Vaşinqton da bu "çox qeyri-adi insidenti" araşdırır.

Firudin Həmidli
AzVision.az
Seçilən
11
2
azvision.az

3Mənbələr