Braziliyada qanqsterlər cinayətkarlıqla mübarizə aparan məşhur teatr aktyorunu öldürüblər.
Publika.az xəbər verir ki, bu barədə “Need To Know” məlumat yayıb.
33 yaşlı Moyses Trindade Barbosa Ferreyraya hücum fevralın 23-də Bahiya ştatının Salvador şəhərində baş verib.
Naməlum şəxslər aktyorun evinə yaxınlaşaraq avtomat silahlardan atəş açıblar. Hücum onun uşaqlarının və valideynlərinin gözü qarşısında baş verib. Aktyor ağır yaralanıb və tibb işçiləri onu xilas edə bilməyiblər. Polis cinayətkarları axtarır.
Ferreyra şəhərdəki bir neçə teatr truppasında çıxış edib və 2025-ci ildə məhəllənin mədəni həyatının mərkəzinə çevrilən məşhur bir bar açıb. O və həmkarları şəhərin kasıb məhəllələrindəki həyat haqqında tamaşalar səhnələşdiriblər.