“AZAL təyyarəsinin qəzası ilə bağlı ən ali səviyyədə də bildirmişdik ki, Azərbaycanın mövqeyi bu mövzuda qətiyyətlidir, birmənalıdır”.
APA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında xarici işlər naziri Ceyhun Bayramov deyib.
Nazir bildirib ki, gözlənti ötən ilin oktyabr ayında Azərbaycan Prezidenti ilə görüşdə Rusiya Prezidenti tərəfindən səsləndirilmiş yanaşmanın təsdiqini tapmasıdır: “Hesab edirik ki, ötən ilin oktyabr ayında Prezident İlham Əliyevlə Rusiya Prezidentinin görüşündə Rusiya lideri tərəfindən səsləndirilmiş yanaşma təsdiqini tapmalıdır. Hansı ki təyyarənin vurulması Rusiya MN-in səhvi ucbatından baş verib, buna qarşı tədbir görülməsi, hüquqi qiymətin verilməsi, kompensasiyaların ödənilməsini özündə ehtiva etməlidir. Bizim gözləntimiz də bundan ibarətdir”.