AZ

"Meqa Həyat Sığorta" artımda lider oldu - RƏQƏMLƏR

“Meqa Həyat Sığorta” ASC bu ilin yanvar ayı ərzində 2 milyon 162 min manat həcmində sığorta haqqı toplayıb.
FED.az Mərkəzi Bankın hesabatına istinadən xəbər verir ki, şirkətin yığımları son bir illə müqayisədə 795 min manat, yəni 38,2% artıb. Əvvəlki ilin eyni dövründə şirkətin yığımları 1 milyon 366 min manat olmuşdu.

Yığımların artımına görə "Meqa Həyat Sığorta" sığorta şrikətləri arasında birinci yerdə olub.
Bu dövrdə şirkətin müştərilərinə etdiyi ödənişlərin məbləği 238 min manat olub ki, bu da illik müqayisədə 216 min manat artaraq 10,8 dəfəlik bir artım deməkdir. Ötən ilin eyni dövründə şirkət tərəfindən müştərilərə cəmi 22 min manat ödəniş edilib.

Seçilən
23
fed.az

1Mənbələr