AZ

Azərbaycanda tibbi sığorta üzrə ödənişlər yüksəlib

Azərbaycanda tibbi sığorta üzrə 2026-cı ilin yanvar ayında sığorta haqları 51.7 mln. manat, sığorta ödənişləri isə 6.9 mln. manat təşkil edib.

Banker.az bunu Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Bu göstəricilər 2025-ci ilin yanvar ayı ilə müqayisədə haqlar üzrə təxminən 11.4% azalma, ödənişlər üzrə isə 37.9% artım deməkdir.

Beləliklə, son bir ildə bazarda yığımlar azalsa da, ödəniş yükü əhəmiyyətli şəkildə genişlənib.

Zərərlilik səviyyəsi 2026-cı ilin yanvarında 13.3% olub. Halbuki, 2025-ci ilin yanvarında 12% idi.

2020-ci ilin yanvarında 11%, 2021-ci ildə 15.2%, 2022-ci ildə 5.7%, 2023-cü ildə 9.8% olub.

Seçilən
3
banker.az

1Mənbələr