AZ

​Bu bürclərin sevgisi möhtəşəm olur

Sevgi hər kəs üçün fərqli məna daşıyır. Amma elə bürclər var ki, onlar üçün münasibət sadəcə hiss deyil, bütöv bir dünyadır. Onlar sevəndə yarımçıq sevmir, tam mənası ilə qəlbini ortaya qoyur.
Metbuat.az həmin bürcləri təqdim edir: BalıqlarBalıqlar romantikanın ən həssas nümayəndələrindəndir. Onlar sevəndə qarşısındakı insanı ilham mənbəyinə çevirirlər. Kiçik sürprizlər, gecə yazılan mesajlar və dərin söhbətlər onların sevgisinin göstəricisidir. Bəzən xəyalpərəst olsalar da, sevgidə sadiq və fədakardırlar. XərçəngXərçəng üçün sevgi təhlükəsizlik və bağlılıq deməkdir. O, münasibətdə ana qayğısı göstərir, sevdiyini qorumağa çalışır. Hisslərini açıq ifadə etməsə də, davranışları ilə sevgisini göstərir. Onunla münasibət sakit, amma dərin və mənalı olur. TərəziTərəzi romantikanı zərifliklə yaşadır. Gözəl sözlər deməyi, xüsusi günləri yadda saxlamağı və münasibətdə harmoniya yaratmağı bacarır. O, sevdiyi insanla emosional və estetik uyğunluq axtarır. Sevəndə qarşı tərəfi özünü xüsusi hiss etdirməyi bacarır. Şir

Şir ehtiraslı və səxavətli aşiqdir. O, sevgisini böyük jestlərlə və diqqətlə göstərir. Sevdiyi insanı daim ön planda saxlayır və onunla fəxr edir. Şir üçün sevgi həm də sahib çıxmaq və qorumaq deməkdir.

Seçilən
17
metbuat.az

1Mənbələr