AZ

Ərdoğan Qalatasaray ı təbrik etdi: Gözlərinizdən öpürəm Bu, sizin üçün ad günü hədiyyəsidir, cənab Prezident

Mia.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Ötən gecə "Yuventus"u ümumi nəticəyə əsasən devirərək  UEFA Çempionlar Liqasında 1/8 finala yüksələn "Qalatasaray"ı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan təbrik edib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Prezident oyundan sonra sarı-qırmızılı komanda üzvləri ilə telefonda danışıb.

Gənclər və İdman Naziri Osman Aşkın Bakın telefonuyla  soyunma otağında komandanı təbrik edən və baş məşqçi Okan Burukla telefonda danışan Ərdoğan deyib: ""Qalatasaray" növbəti mərhələyə yüksəldi. Bu, ölkəmiz üçün çox böyük bir uğurdur. Gözlərinizdən öpürəm".

Buruk cavabında "Biz də çox xoşbəxtik. Bu, sizin üçün ad günü hədiyyəsidir, cənab Prezident", - deyə cavab verib.

Prezident Ərdoğan həmçinin oyunçu Barış Alper Yılmaza "53 nömrəsi ilə lazım olanı etdin. Əla iş gördün. Gözlərindən öpürəm" deyib.

Oyunçular Əbdülkərim Bardakçı və Barış Alper Yılmaz da Okan Buruk kimi Prezident Ərdoğanı ad günü münasibətilə təbrik ediblər.

Fərid ASLAN

mia.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
2
mia.az

1Mənbələr