AZ

"Heç bir narahatlığımız yoxdur" - Paşinyan 102-ci hərbi bazadan danışdı

"2024-cü ilə qədər əksər sərhəd keçidləri Rusiyanın nəzarəti altında idi. Məsələn, beynəlxalq hava limanımızda Rusiya sərhədçilərinin iştirakı var idi, lakin hazırda Ermənistan Respublikasının bütün sərhəd keçidləri sərhədçilərimiz tərəfindən idarə olunur". 

"Unikal" xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib. 

Paşinyan Polşa Beynəlxalq Münasibətlər İnstitutunda xarici səfirlər, diplomatlar və beyin mərkəzlərinin nümayəndələri ilə görüşü zamanı Rusiyanın Ermənistandakı hərbi mövcudluğu ilə bağlı sualı cavablandırıb: "Təbii ki, biz Rusiyanın oradakı mövcudluğuna minnətdarıq. 1990-cı illərin əvvəllərində yeni müstəqil dövlət olaraq, bu tip xidməti göstərmək imkanımız yox idi, amma indi imkanlarımızı inkişaf etdiririk.

Rusiya hərbi bazasına (102-ci hərbi baza - red.) gəldikdə isə, bizim heç bir planımız, proqramımız və Rusiya hərbi bazasının mövcudluğu ilə bağlı heç bir narahatlığımız yoxdur". 

Ağarza Elçinoğlu 

Seçilən
10
unikal.az

1Mənbələr