AZ

Bitkoin 70 min dollara yaxınlaşıb

Müəllif:Mehin Qasımova,Banco.az

Bitkoin üç günlük eniş seriyasına son qoyaraq yenidən bahalaşıb.

Banco.az xəbər verir ki, kriptovalyuta bazarında artım texnologiya sektorunda müsbət dinamika və investorların risk iştahının qismən bərpası fonunda baş verib.

Nyu-York ticarəti zamanı Bitkoin 9,3 faizə qədər bahalaşaraq 69 987 dollara çatıb. Bu, 6 fevraldan bəri ən böyük gündəlik artım hesab olunur. 

Bazarın digər böyük aktivlərində də artım müşahidə olunub. "Ethereum" təxminən 13 faiz bahalaşaraq 2100 dollara yüksəlib. Digər tokenlər də dəyər qazanıb – Solana təxminən 16 faiz, XRP isə 10 faiz artıb.

Analitiklər qeyd edir ki, texnologiya sektorunda müsbət xəbərlər də riskli aktivlərə marağı artırıb. Xüsusilə "Nvidia" şirkətinin açıqladığı güclü maliyyə nəticələri bazarda müəyyən nikbinlik yaradıb. Bundan əlavə, ABŞ-da siyasi gündəmlə bağlı gərginliyin azalması da investorların əhval-ruhiyyəsinə müsbət təsir edib.

Seçilən
21
banco.az

1Mənbələr