
Braziliyanın Minas Gerais əyalətində aramsız leysan yağışlar nəticəsində ölənlərin sayı 46-ya çatıb, 21 nəfər itkin düşüb.
Missiya.Az xəbər verir ki, bu barədə "Reuters" ştatın yanğınsöndürmə xidmətinə istinadən məlumat yayıb.
Məlumata görə, Juiz de Fora və Uba şəhərlərində 3600-dən çox sakin təxliyə olunub.
Braziliya federal hökuməti bölgəyə əlavə tibb briqadaları və milli müdafiə mütəxəssisləri göndərib.
Qeyd edək ki, ölkədə dekabr-mart ayları yağış mövsümüdür. 2026-cı ilin fevralında isə cənub və şərq ştatlarında yağıntı normanı üstələyib. Juiz de Fora şəhərində ötən ay tarixdə ən yağışlı ay kimi qeydə alınıb.
Seyranə QuliyevaMissiya.Az