AZ

Nvidia nın gəliri 73 faiz artıb

Banco.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Müəllif:Mehin Qasımova,Banco.az

"Nvidia" şirkəti üç aylıq maliyyə nəticələrini açıqlayıb.

Banco.az xəbər verir ki, şirkətin həmin dövrdə gəliri illik müqayisədə 73 faiz artaraq 68,1 milyard dollara çatıb.

Əvvəlki rüblə müqayisədə gəlirini 20 faiz artıran "Nvidia" keçən ilin eyni dövründə 39,3 milyard dollar əldə edib.

Bazar gözləntiləri bu dövrdə Nvidia-nın gəlirinin 65,56 milyard dollar olacağı idi.

Nvidia-nın gəlirinin 2026-cı maliyyə ili üçün 65 faiz artaraq təxminən 216 milyard dollara çatacağı proqnozlaşdırılır. Şirkətin mənfəəti də bazar gözləntilərini üstələyib.

Nvidia-nın xalis mənfəəti də eyni rübdə illik müqayisədə 94 faiz artaraq 42,96 milyard dollara yüksəlib. Şirkətin xalis mənfəəti ötən ilin eyni dövründə 22,1 milyard dollar olaraq qeydə alınıb. 

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
6
1
banco.az

2Mənbələr