AZ

Kürdəmirdə qəza - Piyada öldü

Kürdəmirdə piyada ölümü ilə nəticələnən qəza baş verib.

Bakıvaxtı.az xəbər verir ki, hadisə fevralın 25-i saat 12:30 radələrində baş verib.

Belə ki, 1969-cu il təvəllüdlü Müşfiq Nəsirov idarə etdiyi “Man” markalı avtomobili ilə Kürdəmir şəhəri ərazisində yolun solundan sağına doğru avtomobilin qarşısı ilə keçmək istəyən piyada 1949-cu il təvəllüdlü Teyyub Əliyevi vuraraq yol-nəqliyyat hadisəsi törədib.

Hadisə nəticəsində T.Əliyev Kürdəmir rayon xəstəxanasında vəfat edib.

Faktla bağlı rayon prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılır.

Seçilən
5
1
bakivaxti.az

2Mənbələr