AZ

Rihannanın sevgilisi onun 38-ci doğum günü münasibətilə otaq nömrəsini brilyantlarla bəzədib

Rihannanın sevgilisi, reper A$AP Rocky onun 38-ci doğum günü münasibətilə otaq nömrəsini brilyantlarla bəzədib.

Editor.az Page Six nəşrinə istinadən xəbər verir ki, reper beşulduzlu oteldə lüks nömrə kirayələyərək otağı brilyantlarla dekorasiya etdirib. Cütlük daha sonra Giorgio Baldi restoranında şam edib. Məlumata görə, restoranın xüsusi zalı “Happy Birthday” yazılmış gümüşü şarlarla bəzədilib, masa üzərində isə çoxsaylı şarlar yerləşdirilib.

Ötən həftə Rihanna Los Angeles şəhərində yerləşən Whole Foods Market supermarketində alış-veriş edərkən görüntülənib. Müğənni adsız barmağında üzük ilə ictimaiyyət qarşısına çıxıb ki, bu da nişan şayiələrinin yenidən gündəmə gəlməsinə səbəb olub. O, qara boğazlı köynək, eyni rəngli şalvar, dəri çəkmələr və gün eynəyi ilə görüntülənib. Saçlarını at quyruğu formasında yığan ifaçı yüngül makiyaja üstünlük verib.

//Gülnarə Abasova, Editor.az

Seçilən
22
editor.az

1Mənbələr