AZ

Kürdəmirdə avtomobil piyadanı vurdu, ölən var

BAKI, 26 fevral. TELEQRAF

Kürdəmir şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf xəbər verir ki, hadisə fevralın 25-də qeydə alınıb.

Belə ki, 1969-cu il təvəllüdlü Nəsirov Müşfiq Nəsir oğlu idarə etdiyi “Man” markalı avtomobillə şəhər ərazisində hərəkətdə olarkən yolun solundan sağına doğru avtomobilin qarşısı ilə keçmək istəyən piyada – 1949-cu il təvəllüdlü Əliyev Teyyub Ələmdar oğlunu vurub.

Nəticədə ağır xəsarətlər alan T.Əliyev Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Kürdəmir Rayon Polis Şöbəsinin İstintaq Bölməsində Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Seçilən
17
teleqraf.com

1Mənbələr