AZ

Kim Çen In: KXDR yaxın illərdə nüvə qüvvələrini daha da gücləndirəcək

Bizimyol saytından verilən məlumata görə, ain.az xəbər verir.

Koreya Xalq Demokratik Respublikası (KXDR) qarşıdakı illərdə nüvə qüvvələrini möhkəmləndirməyə və genişləndirməyə davam edəcək.

Bizimyol.info xəbər verir ki, bu barədə ölkə lideri Kim Çen In paytaxtda fevralın 19–25-də keçirilmiş Koreya Əmək Partiyasının IX qurultayındakı çıxışı zamanı bəyan edib.

Kim Çen In vurğulayıb ki, dövlət hər il nüvə silahlı qüvvələrini gücləndirməyi planlaşdırır. Onun sözlərinə görə, nüvə silahlarının sayının artırılması, nüvə vasitələrinin genişləndirilməsi və onların tətbiq imkanlarının böyüdülməsi istiqamətində bütün səylər göstəriləcək. O əlavə edib ki, çəkindirici qüvvələrin və müharibə aparmaq qabiliyyətinin davamlı möhkəmləndirilməsi partiyanın dəyişməz siyasətidir.

Şimali Koreya lideri ABŞ-ın KXDR-yə qarşı “köklü düşmənçilik siyasəti” səbəbindən vəziyyətin ildən-ilə gərginləşdiyini bildirib. Onun fikrincə, ABŞ-ın rəhbərlik etdiyi Asiya-Sakit okean regionundakı hərbi blokların genişlənməsi və təxribat xarakterli hərbi fəaliyyətlər Koreya yarımadasında təhlükəsizliyə ciddi təhdid yaradır. Bu səbəbdən KXDR istənilən rəqibə həm ideoloji, həm də hərbi-texniki baxımdan üstün gəlməyə qadir silahlı qüvvələrini gücləndirməyə davam edəcək.

Kim Çen In qeyd edib ki, ölkənin nüvə dövləti statusu potensial təhlükələrin qarşısını almaqda və regionda sabitliyin qorunmasında mühüm rol oynayır. Onun sözlərinə görə, dövlətin nüvə qüvvələri ölkənin təhlükəsizliyinin, maraqlarının və inkişaf hüququnun əsas təminatıdır.

Dövlət başçısı vurğulayıb ki, KXDR nüvə silahlı qüvvələrinin daimi döyüş hazırlığını qoruyacaq, onların effektivliyinə inamı artırmaq üçün sınaq və təlimləri davam etdirəcək. “Düşmənlər bilməlidirlər ki, dövlətimizə qarşı hərbi addım atacaqları təqdirdə istənilən an sarsıdıcı cavab zərbəsi endirmək gücünə malikik”, – deyə o bildirib.

Kim Çen In həmçinin dəyişən imkanlara və perspektiv hədəflərə uyğun olaraq nüvə silahlarının hərbi effektivliyini artırmaq üçün əlavə zərbə vasitələri və dəstək sistemlərinin yenilənəcəyini deyib. O, istənilən anda və istənilən şəraitdə reaksiya verməyə imkan verən vahid nüvə böhranına cavab sisteminin – “nüvə silahının tətik mexanizmi”nin yaradıldığını da qeyd edib.

Bu çərçivədə partiya və hökumət nüvə texnologiyalarının inkişafı üçün bütün şəraitin yaradılmasına üstünlük verəcək, nüvə obyektlərinin mühafizə sisteminin gücləndirilməsi istiqamətində ciddi addımlar atacaq. Xüsusilə vurğulanıb ki, ölkənin Hərbi Dəniz Qüvvələrinin prioritet qaydada nüvə silahları ilə təchiz edilməsi planlaşdırılır.

Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
20
bizimyol.info

1Mənbələr