AZ

"Müharibə bir ay ərzində bitsin!" - Trampdan Zelenskiyə

"Axios" portalı anonim mənbələrə istinadən Ukrayna və ABŞ prezidentləri arasında telefon danışığının əlavə təfərrüatlarını təqdim edib.

"Unikal" portala istinadən xəbər verir ki, Zelenski yanvar ayının sonlarında Davosda keçirilən görüşdən bəri Donald Trampla ilk dəfə danışıb. Söhbət 30 dəqiqə davam edib. "Axios"un üç mənbəsi söhbətin dostcasına və müsbət keçdiyini bildirib. 

Məlumata görə, Trampın xüsusi elçiləri Stiv Uitkoff və Cared Kuşner də zəngdə iştirak ediblər. Qeyd olunur ki, telefon danışığında Zelenski, adət etdiyi kimi, Trampa köməyinə görə təşəkkür edib və bildirib ki, Rusiya prezidenti Vladimir Putini müharibəni bitirməyə yalnız Amerika prezidenti məcbur edə bilər.

"Daha sonra Zelenski müharibənin bu il bitəcəyinə ümid etdiyini bildirib və Tramp cavab olaraq müharibənin çox uzun müddət davam etdiyini və bir ay ərzində bitməsini istədiyini bildirib", - deyə mənbə "Axios"a bildirib.

Gülayə Mecid  

Seçilən
22
unikal.az

1Mənbələr