AZ

Aston Martin işçi heyətinin 20 faizini ixtisar etməyi planlaşdırır

Bakı. Trend:

Böyük Britaniyanın avtomobil istehsalçısı Aston Martin xərcləriazaltmaq məqsədilə işçi qüvvəsinin 20 faizədək hissəsini ixtisaretməyi planlaşdırır. Hazırda şirkətdə təxminən 3 000 nəfərçalışır.

Trend xəbər verirki, bu barədə şirkətin yaydığı rəsmi məlumatda bildirilib.

Qeyd olunub ki, 2025-ci ilin yekunlarına əsasən, istehsalçınınxalis zərəri 363,9 milyon funt sterlinqə (491,5 milyon ABŞ dolları)çatıb. Halbuki bir il əvvəl bu göstərici 289,1 milyon funt (390,3milyon dollar) təşkil etmişdi.

Şirkət maliyyə vəziyyətinin pisləşməsini avtomobillərə tələbatınazalması, eləcə də ABŞ-nin tətbiq etdiyi idxal rüsumlarının mənfitəsiri ilə əlaqələndirib.

Aston Martin işçi sayının azaldılması hesabına 40 milyonfuntadək (54 milyon dollar) vəsaitə qənaət etməyi gözləyir.İxtisarların konkret olaraq nə vaxt həyata keçiriləcəyi isəaçıqlanmayıb.

Seçilən
10
az.trend.az

1Mənbələr