Bakı. Trend:
"Saudi Aramco" Cüayma terminalından ölkənin şərqindəmayeləşdirilmiş karbohidrogen qazının ixracını dayandırıb.
Trend xəbər verirki, bu barədə "Reuters" məlumat yayıb.
Məlumata görə, insident fevralın 23-də baş verib. Agentliyinmənbələri bildirir ki, səbəb propan və butan kəmərlərinin keçdiyiestakadanın bir hissəsinin çökməsi olub.
"Saudi Aramco" fövqəladə hallara reaksiya planını işə salıb vəyaxın bir neçə həftə üçün planlaşdırılan mayeləşdirilmişkarbohidrogen qazının tədarükünü dayandıracağını açıqlayıb.
Hadisə nəticəsində xəsarət alan olmayıb və qaz sızması qeydəalınmayıb.