AZ

F1 filminin ulduzu yarışın qlobal siması oldu

Oxu.az saytına istinadən ain.az xəbər verir.

"F1" filmində baş rollardan birini canlandıran Damson İdris "Formula-1"in qlobal səfiri təyin olunub.

Oxu.Az xəbər verir ki, bu barədə "Variety" nəşri məlumat yayıb.

Filmdə İdris gənc pilot rolunu ifa edib, onun mentorunu isə Bred Pitt canlandırıb. Film 630 milyon dollardan çox gəlir toplayaraq həm "Apple TV+" platformasında, həm də Bred Pittin karyerasında rekord nəticə göstərib və ən uğurlu idman filmlərindən birinə çevrilib.

"Formula-1"in baş icraçı direktoru Stefano Domenikali bildirib ki, bu əməkdaşlıq azarkeşlərlə əlaqələrin daha da gücləndirilməsinə xidmət edəcək.

Hazırda filmin davamı üzərində iş aparılır.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
46
oxu.az

1Mənbələr