Sabah səhər yeməklərinin sevilən ləzzətlərindən biri olan qaynadılmış yumurta nə qədər qidalı və dadlı olsa da, bişdikdən sonra qabığının soyulması xeyli çətin olur.
Milli.Az xəbər verir ki, yumurta qabıqlarının rahat şəkildə soyulmasını təmin edən təbii üsullar mövcuddur:
Alma sirkəsi: Qaynama suyuna 1 xörək qaşığı təbii üzüm və ya alma sirkəsi əlavə edin. Sirkə suyun turşuluğunu artırır və qabığın quruluşunu bir qədər boşaldır. Eyni zamanda çatlama olarsa, ağın çölə axmasını azaldır. Qaynadıqdan sonra yumurtanı soyuq suya qoyun qabıq daha rahat ayrılacaq.
Soda: Suya 1 çay qaşığı soda əlavə edin. Soda qələvidir və yumurtanın iç zarının ağ hissədən ayrılmasını asanlaşdırır. Bu üsul xüsusilə çox təzə yumurtalarda effektlidir. Qaynadıqdan sonra qabığı geniş hissəsindən qıraraq soysanız daha praktik olar.
Limonlu su: Yumurtaları qaynatdıqdan sonra bir neçə damcı limon sıxılmış soyuq suya qoyun. Limon zəif turşudur və ani temperatur dəyişməsi ilə birlikdə zarın yığılmasına səbəb olur. Bu da qabığın daha asan ayrılmasına kömək edir. 5 dəqiqə gözləmək kifayətdir.
Duzlu su: Qaynama suyuna 1 çay qaşığı təbii qaya duzu əlavə edin. Duz suyun sıxlığını artırır və kiçik çatlarda ağın dağılmasının qarşısını alır. Həmçinin qabığın soyulmasını müəyyən qədər asanlaşdırır. Xüsusilə orta təzəlikdə yumurtalarda faydalıdır.
Mina Mikayılova
Milli.Az