Prezident Donald Trampın Ukrayna münaqişəsinin nizamlanma tempi ilə bağlı səbrinin həddi var.
APA xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio bildirib.
“Prezidentin səbrinin sonsuz olduğunu düşünürəmmi? Xeyr, düşünmürəm”, – deyə Rubio qeyd edib.
Onun sözlərinə görə, Vaşinqton münaqişənin həlli prosesinin sürətindən narazı qala bilər.