AZ

Rusiya XİN: Sülh Şurasının nizamnaməsi və mandatı suallar doğurur-

BAKI, 26 fevral. TELEQRAF

Rusiya tərəfi Sülh Şurasının nizamnaməsi və mandatı ilə bağlı bir sıra suallarının olduğunu bəyan edib.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin Beynəlxalq Təşkilatlar Departamentinin direktoru Kirill Loqvinov deyib.

Diplomat bildirib ki, əsas suallardan biri Sülh Şurasının BMT və onun Təhlükəsizlik Şurası ilə necə paralel fəaliyyət göstərəcəyidir.

Xatırladaq ki, fevralın 13-də Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov ölkəsinin Sülh Şurasında iştirakı ilə bağlı hələ yekun qərar vermədiyini açıqlamışdı. Onun sözlərinə görə, məsələ hazırda XİN-də araşdırılır.

Seçilən
49
teleqraf.com

1Mənbələr