AZ

"Reuters": FTB Bayden dövründə Trampa yaxın olan şəxslərin zəng məlumatlarını əldə edib

BAKI, 26 fevral. TELEQRAF

ABŞ-nin 46-cı prezidenti Co Baydenin administrasiyası dövründə Federal Təhqiqat Bürosu (FTB) Trampın yaxın çevrəsindən iki nəfərin telefon zəngləri ilə bağlı məlumatları əldə edib.

Teleqraf xəbər verir ki, bu barədə"Reuters" agentliyi məlumat yayıb.

Agentliyin dəqiqləşdirdiyinə görə, söhbət hazırda FTB-nin direktoru olan Keş Pateldən və Ağ Evin aparat rəhbəri vəzifəsini tutan Syuzan Uaylsdan gedir. Keş Patel "Reuters"ə açıqlamasında bildirib ki, FTB-nin əvvəlki rəhbərliyinin məhkəmə yolu ilə onun və Syuzan Uaylsın telefon zəngləri barədə məlumatları gizli şəkildə tələb etməsi narazılıq və ciddi narahatlıq doğurur. O, bunun “uydurma əsaslarla” edildiyini və nəzarətdən yayınmaq üçün prosesin qapalı materiallarda gizlədildiyini vurğulayıb.

Məlumata görə, FTB bu məlumatları 2022 və 2023-cü illərdə, yəni Patel və Uayls qeyd olunan vəzifələrə təyin olunmazdan əvvəl əldə edib. Bu, federal hakimiyyət orqanlarının Donald Tramp barəsində apardığı istintaq dövrünə təsadüf edib. Trampa 2020-ci il ABŞ prezident seçkilərinə müdaxilə, eləcə də məxfi sənədlərin düzgün saxlanılmaması da daxil olmaqla bir sıra ittihamlar irəli sürülmüşdü.

Nəşrdə FTB-nin Patel və Uayls barəsində ayrıca istintaq aparıb-aparmadığı dəqiqləşdirilmir. Reuters qeyd edir ki, büro onların kimə və nə vaxt zəng etdiyinə dair məlumatları əldə edib, lakin danışıqların məzmununu yox.

Seçilən
33
teleqraf.com

1Mənbələr