AZ

Dəsmalları digər geyimlərlə birlikdə yumayın – Xəbərdarlıq

Vaxta qənaət etmək üçün dəsmalları digər geyimlərlə birlikdə yumaq praktik görünsə də, mütəxəssislər bunu tövsiyə etmir.

Milli.Az xəbər verir ki, əsas problem fərqli temperatur tələbləridir. Dəsmalların tam təmizlənməsi üçün ən azı 60°C lazımdır. Lakin trikotaj, cins və zərif parçalar yüksək temperaturda yığışa, rəng itirə və ya formasını dəyişə bilər. Aşağı temperatur seçildikdə isə dəsmallar kifayət qədər təmizlənmir.

Bundan əlavə, dəsmallarda yumşaldıcı istifadə olunmamalıdır, çünki su udma qabiliyyətini azaldır. Digər geyimlər isə əksinə, daha yumşaq olmalıdır. Bu iki fərqli tələbi bir yuma rejimində uyğunlaşdırmaq çətindir.

Yaş dəsmallar ağır olur, barabanda qeyri-bərabər yük yaradır və nazik geyimlərin bükülməsinə, qırışmasına səbəb olur. Həmçinin dəsmalların buraxdığı xırda liflər digər paltarların üzərinə yapışaraq onları köhnə göstərə bilər.

Mütəxəssislər tekstil məmulatlarını ayrı-ayrı yuma dövrlərinə bölməyi məsləhət görürlər. Bu, həm gigiyena baxımından daha düzgündür, həm də geyimlərin ömrünü uzadır.

Milli.Az

Seçilən
37
2
milli.az

3Mənbələr