Oxu.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
ABŞ bayrağı altında üzən kater Kuba ərazi sularına daxil olaraq atəş açıb.
Oxu.Az xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, açılan atəş nəticəsində Kubaya məxsus gəminin komandiri yaralanıb. Qarşıdurma nəticəsində hücum edənlərdən dörd nəfər zərərsizləşdirilib, altı nəfər isə yaralanıb.
Bildirilir ki, kater Vilya-Klara əyalətində El-Pino kanalı yaxınlığında, sahildən təxminən bir dəniz mili məsafədə aşkarlanıb. Onu Kuba Daxili İşlər Nazirliyinin sərhəd qoşunlarının beşnəfərlik bölməsi saxlayıb.
Atışma zamanı yaralanan şəxslər hadisə yerindən təxliyə olunublar.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.