AZ

Polşa prezidentinin dəftərxanasında maliyyə fırıldağı

525.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Polşa prezidentinin dəftərxanasından 500 min zlotıdan çox (təxmini 141 min dollar) məbləğ yoxa çıxıb.

525.az xəbər verir ki, bu barədə yerli "Do Rzeczy" nəşri məlumat yayıb.

Nəşrin Polşa prokurorluğuna istinadən yazdığına görə, dəftərxananın hansısa əməkdaşı bir neçə nəfərin adına saxta kreditlər sənədləşdirib. Amma əslində pul onun özünə çatıb. Hazırda bununla bağlı araşdırma aparılır.

Qeyd edək ki, məqalədə fırıldağın keçmiş və ya indiki prezidentin dövründə baş verdiyi göstərilmir.

L.Tağıyeva

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
39
525.az

1Mənbələr