AZ

ÇL: “Qalatasaray” “Yuve” səddini çətinliklə keçdi – ARENA.AZ

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında (ÇL) 2025/2026-cı illər mövsümünün pley-off mərhələsinə yekun vurulub.

Arena.az xəbər verir ki, keçirilmiş son 4 oyunla 1/8 finala yüksələn daha 4 komanda müəyyənləşib.

ÇL-in sonuncu qalibi olan PSJ Parisdə Fransanın digər təmsilçisi “Monako” ilə üz-üzə gəlib. Dörd qolluq görüşdə qalib müəyyənləşməsə də, PSJ ilk oyundakı qələbə sayəsində mərhələ adlayan tərəf olub.

“Atalanta” doğma meydanda Dortmund “Borussiya”sını sınağa çəkib. İlk oyundakı məğlubiyyətin əvəzini artıqlaması ilə çıxmış İtaliya təmsilçisi 1/8 finala yüksəlib.

“Yuventus” İtaliyada “Qalatasaray”la, “Real” İspaniyada “Benfika” ilə görüşüb. Madrid təmsilçisi doğma meydanda da qalib gəlməklə istəyinə çatıb. “Yuventus” isə Türkiyə nəhənginə 90 dəqiqədə 3 qol vurmaqla ümumi hesabı bərabərləşdirsə də, əlavə vaxtda iki qol vurmuş “Qalatasaray” mərhələ adlayan tərəf olub.

Xatırladaq ki, ötən gün keçirilmiş matçlardan sonra “Atletiko” (İspaniya), “Bayer” (Almaniya), “Bodo Qlimt” (Norveç) və “Nyukasl” (İngiltərə) komandaları da 1/8 finala vəsiqə qazanmışdılar.

UEFA Çempionlar Liqası
Pley-off mərhələsinin cavab oyunları
25 fevral

Atalanta (İtaliya) – Borussiya (Dortmund, Almaniya) 4:1
Qollar: Skamakka, 5. Zappakosta, 45. Paşaliç, 57. Samardziç, 90+8-pen – Adeyemi, 75.
İlk oyun – 0:2.

PSJ (Fransa) – Monako (Fransa) 2:2
Qollar: Markinyos, 60. Kvaratsxeliya, 66 – Akliuş, 45. Teze, 90+1.
İlk oyun – 3:2.

Yuventus (İtaliya) – Qalatasaray (Türkiyə) 3:2
Qollar: Lokatelli, 37-pen. Qatti, 67. Makkenni, 82 – Osimhen, 105+1. B.A.Yılmaz, 119.
İlk oyun – 2:5.

Real (İspaniya) – Benfika (Portuqaliya) 2:1
Qollar: Tçuameni, 16. Vinisius, 80 – Rafa Silva, 14.
İlk oyun – 1:0.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
11
10
arena.az

10Mənbələr