AZ

Serbiyanın daxili işlər naziri ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib

Serbiyanın daxili işlər naziri İvitsa Daçiç xəstəxanaya yerləşdirilib.

"Report"un Balkan bürosu xəbər verir ki, onun vəziyyəti son bir neçə saatda kəskin pisləşib.

İlkin məlumata görə, nazirin ağciyərində iltihab aşkarlanıb.

Serbiya Prezidenti Aleksandar Vuçiç sosial mediada naziri xəstəxanada ziyarət etdiyinə dair məlumat paylaşıb:

"Vəziyyət ağırdır, ancaq biz həkimlərə inanırıq. Hamımız onun tezliklə sağalması üçün dua edirik".

Qeyd edək ki, Serbiya DİN başçısı bir neçə ildir, şəkərli diabet və digər yanaşı xəstəliklərdən əziyyət çəkir.

Seçilən
15
far.az

1Mənbələr