AZ

Serbiyanın daxili işlər naziri ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib

Serbiyanın daxili işlər naziri İvitsa Daçiç ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

APA xəbər verir ki, bu barədə "Blic" telekanalı mənbəyə istinadən məlumat yayıb.

Bildirilib ki, nazirin vəziyyəti son bir neçə saat ərzində kəskin pisləşib.

Məlumata görə, ona daha əvvəl ikitərəfli pnevmoniya diaqnozu qoyulub.

Serbiya Prezidenti Aleksandar Vuçiç klinikaya baş çəkdikdən sonra "Tanjug" agentliyinə açıqlamasında Daçiçin ağır vəziyyətdə olduğunu təsdiqləyib.

Seçilən
21
apa.az

1Mənbələr