AZ

ABŞ bayrağı altında olan kater Kuba sularına daxil olaraq atəş açıb – Ölənlər var

ABŞ bayrağı altında olan kater Kuba sularına daxil olaraq atəş açıb.

İnterpress.az xəbər verir ki, bu barədə Kuba Daxili İşlər Nazirliyi məlumat yayıb.

ABŞ bayrağı altında hərəkət edən kater Kuba ərazi sularına qanunsuz müdaxilə edib. Kuba Daxili İşlər Nazirliyindən verilən məlumata görə, sözügedən gəmi daxil olduqdan sonra Kuba tərəfinə atəş açmağa başlayıb.

Kuba sərhəd mühafizəçiləri hücuma dərhal cavab atəşi ilə reaksiya veriblər. Nəticədə katerdə olan dörd nəfər öldürülüb, altı nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Hadisənin təfərrüatları ilə bağlı araşdırmalar davam edir.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
51
interpress.az

1Mənbələr