AZ

Gecə işləyən şəxslər mütləq bunları yeməlidir

Demokrat.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

İsveç alimləri gecə növbəsində çalışan şəxslərdə ürək xəstəlikləri riskini azaltmağın sadə üsulunu üzə çıxarıblar. Uppsala Universitetinin mütəxəssisləri 220 mindən çox insanın məlumatlarını təhlil edərək qidalanma vərdişlərinin sağlamlığa təsirini araşdırıblar.Demokrat.az xəbər verir ki "European Journal of Epidemiology" nəşrində dərc olunan tədqiqat nəticələrinə görə, rasionda lifli qidaların miqdarını artırmaqla ürəyin işemik xəstəliyi riskini minimuma endirmək mümkündür.Gecə işi bədənin təbii bioloji saatını pozur və qan-damar sisteminə əlavə yük salır. 12 il davam edən müşahidələr göstərib ki, az lif istehlak edən gecə işçilərində ürək problemləri daha tez-tez yaranır. Müəyyən edilib ki, mütəmadi gecə növbəsində olanlar gün ərzində orta hesabla 19 qram, arabir gecə işləyənlər isə 15 qram lif qəbul etdikdə risk səviyyəsi nəzərəçarpacaq dərəcədə aşağı düşür. Hazırda böyüklər üçün ümumi tövsiyə olunan gündəlik norma isə 25 qramdır.Tədqiqatçılar bu əlaqənin həyat tərzi və digər risk faktorlarından asılı olmayaraq qüvvədə qaldığını bildirirlər. Lifli qidaların bağırsaq mikroflorasına müsbət təsir etməsi və qandakı yağların səviyyəsini tənzimləməsi yuxu rejimi pozulan şəxslər üçün xüsusi əhəmiyyət kəsb edir. Alimlər gecə növbəsində çalışanlara rasionda tam taxıllı məhsulların, tərəvəzlərin, meyvələrin və paxlalı bitkilərin payını artırmağı məsləhət görürlər. Bu yanaşma fiziki aktivlik və zərərli vərdişlərdən imtina ilə birlikdə ürək sağlamlığını qorumaq üçün effektiv strategiya hesab olunur.İsmayıl

Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
39
demokrat.az

1Mənbələr