AZ

AAYDA sədrindən gözləntilər özünü doğrultmadı


Fevralın 6-da Prezident İlham Əliyevin sərəncamları ilə Saleh Məmmədov Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) İdarə Heyətinin sədri vəzifəsindən azad olunaraq yerinə Vüsal Nəsirli təyinat aldı. Çoxları elə düşündü ki, 9 il bu postu tutan şəxsin vəzifədən uzaqlaşdırılması və gənc kadrla əvəzlənməsi müsbət dəyişiklikrə imkan yaradacaq. Ölkənin avtomobil yolları təsərrüfatında kök salan neqativ hallar aradan qaldırılacaq. Ancaq elə ilk həftələrədən görünür ki, dəyişən ancaq isimlərdir. Bu sahədə köhnə ənənələr davam etməkdədir.
Konkret bir nümunə, ötən ilin avqust ayında Bakının Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində asfal örtüyünü dəyişdilər. Üzərindən 6 ay keçməmiş həmin asfalt örtüyünü qazıyıb yenidən asfaltlama işləri aparılır. Bu təkcə büdcənin israfçılığı deyil, həm də nəqliyyatın hərəkətinin pozulmasına, insanların narahatlığına da səbəb olur. Azərbaycanda praktikada dəfələrlə sübut olunub ki, adların, kadrların dəyişdirilməsi, heç nəyi dəyişmir. Ənənə o qədər betonlaşıb ki, sökmək mümkün deyil. Zatən islahat adlandırılanlar da ənənəni, yarıtmaz idaretməni sökmək üçün yox, dövlət büdcəsini “sökmək”, talamaq və əldəyişdirmək üçün həyata keçirilir.
Seçilən
16
newscenter.az

1Mənbələr