Bu gün Albaniyanın paytaxtı Tiranada “Muhamet Malo” turnirinə start verilib.
Offsideplus.az xəbər verir ki, reytinq turnirinin ilk günündə sərbəst güləş üzrə millinin 5 üzvü mübarizə aparıb və onlardan 3-ü fəxri kürsüyə qalxıb.
İslam Bazarqanov (57 kq): Niklas Steşele (GER), Liam Smit Kroni (USA) və Daryan Kruz üzərindəki qələbələrdən sonra yarımfinala yüksəlib. Yarımfinalda Ramiz Qamzatova (RUS) 1:3 hesabı ilə uduzsa da, hindistanlı Akşay Tanaci Dhereni 9:2 hesabı ilə məğlub edərək bürünc medalı təmin edib.
Rəşid Babazadə (65 kq): Niko Meqerle (GER), Mikyay Salim Nayim (BUL) və Coşua Aleksandr Kramerə (ECU) qalib gələrək finala vəsiqə qazanıb. Gərgin keçən yarımfinalda Vitali Orucovu (USA) 18:15 hesabı ilə məğlub edib. Babazadə finalda U23 dünya çempionu Sucet Sucetə (IND) 0:10 hesabı ilə uduzaraq turniri gümüş medalla başa vurub.
Arseniy Djioyev (86 kq): Dünya çempionu Axmed Usmanovu (RUS) və Vladimeri Qamkrelidzeni (GEO) üstələyib. Yarımfinalda İbraqim Kadiyevə (RUS) 2:3 hesabı ilə uduzduqdan sonra, 4 qat dünya çempionu Kayl Deyki (USA) 4:1 hesabı ilə məğlub edərək bürünc medala sahib çıxıb.
1/8 finalda Kənan Heybətov (74 kq) Orozbek Toktomambetova (KGZ) 1:3 hesabı ilə, Turan Bayramov (74 kq) isə Kuinsi Mayls Mondeyə (USA) 1:5 hesabı ilə məğlub olub.