AZ

“Atalanta” İtaliya futbolunun sifətini qorudu - 4:1!

Bu gün Çempionlar Liqasında pley-off mərhələsinin daha 4 cavab oyunu keçirilir. Günün ilk oyununda “Atalanta” “Borussiya”nı qəbul edib. Səfərdə 0:2 hesabıyla uduzan berqamolular cavab görüşündə məğlubiyyətin əvəzini çıxa bilib – 4:1. İtaliya klublarından “İnter”in dünən mübarizəni dayandırdığını, “Yuventus”un isə ilk oyunda “Qalatasaray” önündə darmadağın olduğunu nəzərə alsaq, “Atalanta”nın bu qələbəsini ölkə futbolu adına uğur saymaq olar.
Atalanta (İtaliya) – Borussiya D (Almaniya) 4:1
Skamakka, 5. Zappakosta, 45. Paşaliç, 57. Samarciç, 90+8-p. – Adeyemi, 75.
İlk oyun – 0:2.
PSJ – “Monako”, “Real” – “Benfika”, “Yuventus” – “Qalatasaray” oyunları saat 00.00-da başlayacaq.

Seçilən
12
2
football-plus.az

3Mənbələr