ain.az, Avtosfer portalına istinadən məlumat verir.
Faşist Almaniyanın lideri olmuş Adolf Hitlerin doğulduğu ev yenidən bərpa olunur.
Avtosfer.az Teleqraf-a istinadən xəbər verir ki, 17-ci əsrə aid ev Avstriyanın Braunau am İn şəhərində yerləşir.
Binada polis bölməsi yerləşdiriləcək və əməkdaşların köçürülməsi 2026-cı ilin ikinci rübündə planlaşdırılır.
Yenidənqurma işlərinə 2023-cü ildə başlanılıb və rəsmi məlumata əsasən, layihənin 2026-cı ilin birinci rübünün sonunadək başa çatdırılması nəzərdə tutulur.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.