AZ

Restoranın asma tavanı çökdü – ANBAAN – VİDEO

Sakaryanın Adapazarı rayonunda fəaliyyət göstərən kebab salonunda asma tavanın çökməsi ilə nəticələnən hadisə baş verib.

NOCOMMENT.az xəbər verir ki, hadisə iftar hazırlıqları zamanı qeydə alınıb.

Xoşbəxtlikdən xəsarət alan olmayıb.

Məlumata görə, Yağcılar məhəlləsində yerləşən iaşə obyektində əməkdaşlar iftar vaxtına təxminən iki saat qalmış hazırlıq işləri apararkən tavandan güclü səs gəlib. Qısa müddət sonra isə asma tavan böyük gurultu ilə yerə çöküb.

Hadisə nəticəsində obyektə ciddi maddi ziyan dəyib.

 

 

Seçilən
11
nocomment.az

1Mənbələr