AZ

Britaniya Parlamentində Xocalı soyqırımı ilə bağlı qanunvericilik təşəbbüsü irəli sürülüb

ain.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

London, 25 fevral, AZƏRTAC

Böyük Britaniya Parlamentinin İcmalar Palatasının deputatı Bob Blekmen Xocalı soyqırımı ilə bağlı qanunvericilik təşəbbüsü irəli sürüb.

AZƏRTAC Britaniya Parlamentinə istinadla xəbər verir ki, sənəddə 1992-ci ildə Ermənistan silahlı qüvvələrinin, Rusiyanın 366-cı motoatıcı alayının dəstəyi ilə, Xocalıda törətdiyi vəhşiliklər xatırladılıb, 613 dinc azərbaycanlının amansızcasına qətlə yetirildiyi, onların arasında 106 qadın, 63 uşaq və 70 yaşlının olduğu vurğulanıb. Xocalı faciəsi Azərbaycan vətəndaşlarına qarşı törədilmiş ağır bir cinayət kimi qiymətləndirilib.

Qanunvericilik təşəbbüsündə, həmçinin, Ermənistan və Azərbaycan arasında normallaşma və davamlı sülh istiqamətində atılan addımlar alqışlanıb.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
7
9
azertag.az

10Mənbələr