AZ

Papa XIV Leo dörd Afrika ölkəsinə səfər edəcək

Qahirə, 25 fevral, AZƏRTAC

Roma Papasının Afrikaya səfəri planlaşdırılır. Aprelin 13-dən 23-dək baş tutacaq səfər cari ildə pontifikin qitəyə ilk böyük xarici səfəri olacaq.

AZƏRTAC “Reuters” agentliyinə istinadla xəbər verir ki, Papa XIV Leo Əlcəzair, Anqola, Ekvatorial Qvineya və Kameruna səfər edəcək.

Gözlənilir ki, Papa dünya liderlərini Afrikada inkişafın dəstəklənməsinə çağıracaq, həmçinin katolik–müsəlman dialoqunun təşviqi və dinlərarası əməkdaşlıq səylərinə diqqət yönəldəcək.

Şıxəli Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

Seçilən
17
8
azertag.az

10Mənbələr