AZ

Qazaxstanda təyyarə qəzası baş verib

Qazaxıstan Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, Qazaxıstan Hərbi Hava Qüvvələrinə məxsus Su-30SM qırıcı təyyarəsi Qazaxıstanın Karaqanda bölgəsində planlaşdırılmış uçuş zamanı qəzaya uğrayıb.

“Bu ilin 25 fevralında Karaqanda bölgəsində planlaşdırılmış təlim uçuşu zamanı Su-30SM qırıcı təyyarəsi qəzaya uğrayıb.”, – Qazaxıstan Müdafiə Nazirliyindən bildirilib.
Xoşbəxtlikdən, heyət xəsarət almayıb. Onlar dərhal katapultasiya ediblər. Pilotların həyatı və sağlamlığı üçün heç bir təhlükə yoxdur və onlar tibbi müayinə üçün xəstəxanaya göndəriliblər”, – deyə açıqlamada bildirilir.

Qazaxıstan Müdafiə Nazirliyi əlavə edib ki, qəzanın səbəbi hələ açıqlanmayıb; xüsusi komissiya səbəbi müəyyən edəcək.

//Samir Qurbanov, Editor.az

Seçilən
47
editor.az

1Mənbələr