AZ

Aysel Yaqubova: Şakir Yaqubov yaradıcılıq fəaliyyətinə çox gənc yaşlarından başlayıb

Bakı, 25 fevral, Fidan Əlizadə, foto Aydın Məmmədov, AZƏRTAC

Şakir Yaqubov həm yaradıcı insan, həm də ailə başçısı kimi bizim üçün çox dəyərlidir. Ata kimi hər zaman övladlarına diqqət və qayğı göstərib, onların təhsilinə böyük əhəmiyyət verib. Bacım ilə birlikdə təhsil yollarında və sonrakı karyera seçimlərində qazandığımız uğurlarda atamın erkən yaşlardan göstərdiyi dəstəyin mühüm rolu olub.

Bunu AZƏRTAC-a açıqlamasında Əməkdar mədəniyyət işçisi Şakir Yaqubovun 75 illiyi münasibətilə keçirilən anım tədbirində mərhum jurnalistin qızı Aysel Yaqubova deyib.

Onun sözlərinə görə, Şakir Yaqubovun xatirəsinin ehtiramla yad edilməsi ailə üçün böyük təsəlli və qürur mənbəyidir.

“Mətbuat Şurasının jurnalistlərə və bu sahəyə xidmət göstərən şəxslərə diqqəti hər zaman hiss olunur. Şakir Yaqubov yaradıcılıq fəaliyyətinə çox gənc yaşlarından başlayıb. Onun xatirələrində də qeyd olunur ki, məktəb illərində oxuyarkən dövrün məktəb qəzetlərində ilk yazıları dərc olunurdu. Bu da onun jurnalistikaya erkən marağının göstəricisi idi”,- deyə A.Yaqubova əlavə edib.

Seçilən
16
1
azertag.az

2Mənbələr