AZ

Trampın İran planı məlum oldu

ain.az, Demokrat.az portalına istinadən məlumatı açıqlayır.

Donald Tramp İranın ABŞ-ni və hətta Avropa ərazilərini vura biləcək raketlər üzərində işlədiyini və nüvə fəaliyyətlərini davam etdirdiyini bildirib. O, İranla bağlı məsələdə diplomatiyaya üstünlük verdiyini desə də, bu ölkənin nüvə silahına sahib olmasına imkan verməyəcəyini vurğulayıb. Tramp həmçinin qeyd edib ki, heç bir dövlət ABŞ ordusunun qətiyyətinə şübhə etməməlidir. Politoloq Məhəmməd Əsədullazadə məsələ ilə bağlı Demokrat.az-a açıqlamasında deyib ki, Donald Trampın Konqresdə İranla bağlı səsləndirdiyi fikirlər diqqət çəkir:“Çıxışda ABŞ-nin artıq dünyanın yeni lideri olduğu, Amerikanın güclü və qətiyyətli ordusuna malik olduğu, eyni zamanda İranın diplomatik danışıqlarda ABŞ qarşısında geri çəkilməyə məcbur qalacağı mesajları verilir. Lakin mövcud vəziyyət göstərir ki, İran öz prinsipial mövqeyindən geri çəkilmir. ABŞ-İran münasibətlərindəki bu gərginlik Yaxın Şərqdə təhlükəsizlik balansına birbaşa mənfi təsir göstərir. Hər iki tərəf danışıqlara açıq olduğunu desə də, real nəticə əldə olunmur. Oman və İsveçrədə keçirilən görüşlər də bunu açıq şəkildə sübut etdi. Burada əsas problem fundamental xarakter daşıyır. İran uranın zənginləşdirilməsindən imtina etmir və bu proqramın yalnız mülki, elmi və tibbi məqsədlərə xidmət etdiyini bildirir. ABŞ isə bu arqumentləri qəbul etmir və İrandan daha ciddi güzəştlər gözləyir”.O bildirib ki, Tramp administrasiyasının İran qarşısında geri addım atması Amerikanın geosiyasi mövqeyinin zəifləməsi və faktiki olaraq məğlubiyyət kimi qiymətləndirilə bilər:“Konqresdəki çıxış da onu göstərir ki, ABŞ yeni qlobal güc mərkəzi formalaşdırmaq niyyətindədir və bu mövqenin sarsılmaz olması üçün İranın Amerika tələblərini qəbul etməsi gözlənilir. Hazırkı proseslər göstərir ki, Yaxın Şərqdə yeni siyasi və təhlükəsizlik arxitekturası əsasən ABŞ və İsrail tərəfindən dizayn olunur. Bu kontekstdə Türkiyənin rolunu da istisna etmək olmaz. Trampın bu cür sərt ritorikası regionda gərginliyi daha da artırır və İran tərəfi də mümkün hərbi ssenarilərə hazırlaşdığını gizlətmir”.Leyla Turan

Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
22
demokrat.az

1Mənbələr