“Yetmiş yaşlı qadınlarda reproduktiv ehtiyac aktiv deyil, amma yaxınlıq, toxunma, fiziki istilik ehtiyacı yaşla ölçülmür. Bəzən yaş ötsə də, bu ehtiyac yox olmur. Bu yaşda olan xanımların çoxu ailələri, nəvə-nəticələri ilə məşğul olsa, ev işləri ilə başını qatsa da, bəziləri tək olduğundan mənəvi cəhətdən yaxınlıq edə biləcəyi, dərdini bölüşəcəyi bir insan axtarır. Yaşlı adamların qayğıya daha çox ehtiyacı olduğundan belə insanlar onun tənhalığından istifadə edən manipulyatorların tələsinə daha tez düşürlər. Yaşlı xanımların evi və müəyyən qədər pulunun olması onu qurbana çevirir. Tənhalıq hissi yaşlılarda unudulmaq və dəyərsizlişmək qorxusu yaradır. Bu qorxu “yetər ki, biri olsun” düşüncəsini formalaşdırır. Hislərlə oynayan manipulyator həmin qadına ehtiyacı olan qayğını və istiliyi verir, əvəzində isə maddi dəyəri olan nə varsa hamısını əlindən alır”. Psixoloq tövsiyə edib ki, həmin adamların qurbanına çevrilməmək üçün yaşlı qadınlar təcrübəli olsalar belə təkbaşına qərar verməməlidirlər: “Onlar heç bir vəchlə başqalarının maddiyyata söykənən arzusunu həyata keçirməməlidirlər. “Mənə pul ver”, “kredit götür”, “mənə ev, maşın al”, “evi mənim adıma keçir” məzmunlu xahişlər təhlükənin ilk siqnalıdır”.