AZ

Qəhvə içmək təhlükəli xəstəliklərdən qoruyur

Qəhvə istehlakı Parkinson xəstəliyi və 2-ci tip diabet riskini azaldır.

Qaziler.az xəbər verir ki, bunu biokimyaçı, nutrisioloq və qidalanma pozğunluğu üzrə mütəxəssis Anna Divinskaya “NEWS.ru”ya bildirib.

O, qeyd edib ki, bu içkinin həddindən artıq istehlakı yuxusuzluğa və ürək döyüntüsünün artmasına səbəb ola bilər.

“Qəhvə dünyada ən çox öyrənilən içkilərdən biridir. Onilliklər ərzində aparılan tədqiqatlar zamanı alimlər müəyyən ediblər ki, mülayim şəkildə istehlak edildikdə bədənə real fayda gətirir. Kofein beyində adenozin reseptorlarını bloklayır, yorğunluğu azaldır və diqqəti yaxşılaşdırır. İçkinin tərkibindəki antioksidantlar iltihab markerlərini azaldır və orta miqdarda istehlakı Parkinson xəstəliyi, 2-ci tip diabet və müəyyən qaraciyər xəstəlikləri riskini azaldır”, - Divinskaya paylaşıb.

O, qəhvənin ağır hipertoniya, taxiaritmiya, mədə xorasının kəskinləşməsi və narahatlıq pozğunluğu olanlar üçün zərərli ola biləcəyi barədə xəbərdarlıq da edib. Bundan əlavə, dietoloqun sözlərinə görə, hamiləlik dövründə gündəlik 200 ml kofein qəbulunu aşmamaq tövsiyə olunur, çünki bu, dölün böyüməsində geriləmə riskini artırır.

Sağlam və yetkin insanlar üçün gündə iki-üç stəkan - 400 ml-ə qədər kofein optimaldır. Həddindən artıq istehlakı xroniki yuxusuzluğa, asılılığa, taxikardiyaya və yüksək təzyiqə səbəb olur. Divinskayanın sözlərinə görə, qəhvənin sidikdə kalsium ifrazını artırdığını da nəzərə almaq lazımdır: “Əgər osteoporoza meyllisinizsə, bu, pəhrizinizə əlavə diqqət yetirməyi tələb edir”.

QAZİLER.AZ

Seçilən
17
qaziler.az

1Mənbələr