AZ

Mərakeş yığmasının baş məşqçisi dünya çempionatından əvvəl postunu tərkETDİ

Futbol üzrə Mərakeş milli komandasının baş məşqçisi Valid Reqraqi vəzifəsindən ayrılıb.

Redaktor.az "RMC Sport"a istinadən xəbər verir ki, 50 yaşlı mütəxəssis bununla bağlı Mərakeş Futbol Assosiasiyasına müraciət edib.

Qurum rəhbərliyi V.Reqraqi ilə qarşılıqlı razılıq əsasında əməkdaşlığa son qoyub.

Təcrübəli mütəxəssisin karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcəyi ehtimal olunur.

Xatırladaq ki, Mərakeş yığması 2026-cı il dünya çempionatının qrup mərhələsində Braziliya, Haiti və Şotlandiya komandaları ilə qarşılaşacaq.

Seçilən
18
1
redaktor.az

2Mənbələr