AZ

Mərakeş millisinin baş məşqçisi istefa verdi

Bakı. Trend:

Futbol üzrə Mərakeş milli komandasının baş məşqçisi ValidReqraqi vəzifəsindən ayrılıb.

Trend xəbər verirki, 50 yaşlı mütəxəssis bununla bağlı Mərakeş FutbolAssosiasiyasına müraciət edib.

Qurum rəhbərliyi V.Reqraqi ilə qarşılıqlı razılıq əsasındaəməkdaşlığa son qoyub.

Təcrübəli məşqçinin karyerasını Səudiyyə Ərəbistanında davametdirəcəyi ehtimal olunur.

Xatırladaq ki, Mərakeş yığması 2026-cı il dünya çempionatınınqrup mərhələsində Braziliya, Haiti və Şotlandiya komandaları iləqarşılaşacaq.

Seçilən
18
az.trend.az

1Mənbələr